09.11.2023

"Məktəbdaxili keyfiyyət monitorinqi" mövzusundakı təlimlər yekunlaşıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri üçün "Məktəbdaxili keyfiyyət monitorinqi" mövzusunda keçirilən təlimlər artıq yekunlaşıb.

 

Təlim ərzində iştirakçılar məktəbdaxili monitorinq prosesini anlamaq, məktəblərdə keyfiyyət monitorinqinə dair çərçivə sənədindən istifadə etməklə ayrı-ayrı sahələr üzrə məktəbdaxili monitorinqlər aparmaq, müvafiq monitorinq alətlərindən istifadə etmək, çərçivə sənədinə əsasən dəlillər toplamaq, müvafiq hesabatlar yazmaq kimi bacarıqlara yiyələnmişlər.