08.11.2023

Şagirdimiz Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edir 

Robotexnika üzrə Azərbaycan Milli komandası Dünya Robot Olimpiadası finalı üçün Panamaya yola düşüb. İştirakçılar arasında Qubadlı rayon H. Quliyev adına Çaytumas məktəb-liseyin şagirdi də var.

 

Qeyd edək ki, Qubadlı rayon H. Quliyev adına Çaytumas məktəb-liseyin V sinif şagirdi Şirinzadə Hüseynin də tərkibində olduğu "HAF" komandası 01-03 sentyabr 2023-cü il tarixlərində keçirilən VI Robot Olimpiadasında "Robomission Elementary" kateqoriyası üzrə I yer tutduğuna görə təltif edilib.

 

Milli komandamıza və şagirdimizə uğurlar arzulayırıq.