07.11.2023

"Zəfər yolu" inşa müsabiqəsinin qalibləri təltif olunub

Noyabrın 7-də "Zəfər yolu" inşa yazı müsabiqəsinin qalibləri təltif olunub.

 

Müsabiqədə ümumilikdə 975 nəfər şagird iştirak edib.

 

Müsabiqənin nəticələrinə əsasən Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbin XI sinif şagirdi Məmmədova Aydan Seymur qızı I, Zəngilan rayon 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Alızadə Yasəmən Vəli qızı II, Laçın rayon Çıraqlı kənd tam orta məktəbin X sinif şagirdi Əlfətova Jalə Mahir qızı III yerə layiq görüldüklərinə görə Fəxri Fərman, 7 nəfər şagird isə fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunub.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, həmçinin Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.