04.11.2023

8 noyabr - Zəfər Gününə həsr olunmuş sərgi və fləşmob təşkil olunub

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş sərgi və fləşmob təşkil olunub.

 

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

 

İlk öncə rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərginin təşkilində əsas məqsəd Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi zəfəri əsərlərdə nümayiş etdirməkdən ibarət olub.

 

Daha sonra 200 nəfər şagirdin iştirakı ilə hazırlanan fləşmobda "8 Noyabr" yazısı əks olunub.