Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "LOGOS" şagirdlərin nitq və ünsiyyətyönlü bacarıqlarının inkişaf etdirilməsi layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimi Laçın rayon R. Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə Laçın rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.
Layihə rəhbəri Günel Şükürova çıxış edərək layihə barədə iştirakçılara ətraflı məlumat verib.
Layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq, regionda təlimçi bazası yaratmaq, seçilmiş 10 məktəbdə natiqlik klublarının yaradılmasından ibarətdir. Layihə çərçivəsində artıq hazırlıq işləri yekunlaşıb, idarəetmə komandası formalaşdırılıb.