03.11.2023

Ümumi təhsil müəssisələrində monitorinqlər aparılır

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində İdarə əməkdaşları tərəfindən monitorinqlər aparılır.

 

Monitorinqlər zamanı məktəblərdə müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər məsələlərə baxılır və kollektivlərdə müzakirə edilir.