Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri üçün "Məktəbdaxili keyfiyyət monitorinqi" mövzusunda təlimlər keçirilir.
Təlimlərin əsas məqsədi təlim iştirakçılarına məktəbdaxili keyfiyyət monitorinqinin - özünüqiymətləndirmənin əhəmiyyəti, təşkili, təhlili və yazılması haqqında məlumat vermək və məktəbdaxili keyfiyyət monitorinqi istiqamətində müvafiq bilik və bacarıqlarla təmin etməkdir.
Təlimin sonunda iştirakçılar məktəbdaxili monitorinq prosesini anlamaq, məktəblərdə keyfiyyət monitorinqinə dair çərçivə sənədindən istifadə etməklə ayrı-ayrı sahələr üzrə məktəbdaxili monitorinqlər aparmaq, müvafiq monitorinq alətlərindən istifadə etmək, çərçivə sənədinə əsasən dəlillər toplamaq, müvafiq hesabatlar yazmaq kimi bacarıqlara nail olacaqlar.