"Heydər Əliyev İli" çərçivəsində Laçın rayonu üzrə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.
Yarışda hər birində 5 nəfər olmaqla 9 komanda iştirak edib. Komandalara ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə, tarixə dair suallar təqdim olunub.
Yarışın yekun nəticəsinə əsasən Laçın rayon 12 nömrəli tam orta məktəbin komandası I, 21 nömrəli tam orta məktəbin komandası II, Cicimli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandaların üzvləri diplomla təltif olunub.