23.10.2023

"Heydər Əliyev İli" çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib

"Heydər Əliyev İli" çərçivəsində Kəlbəcər rayonu üzrə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

 

Yarışda hər birində 5 nəfər olmaqla 10 komanda mübarizə aparıb. Komandalara ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə, tarixə dair suallar təqdim olunub.

 

Yarışın yekun nəticəsinə əsasən Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbin komandası I, 22 nömrəli tam orta məktəbin komandası II, 98 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Sonda qalib komandaların üzvləri diplomla təltif olunub.