20.10.2023

"Zəngilan Şəhəri Günü"nə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun ümumi təhsil müəssisələri arasında "Zəngilan Şəhəri Günü"nə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib.

 

Yarışın yekun nəticəsinə əsasən Zəngilan rayon 4, 20 və 8 nömrəli tam orta məktəblərin komandaları ilk üçlükdə yer alıb.

 

Sonda qalib komandalar diplomla təltif olunublar.