20.10.2023

"Zəfər yolu" inşa müsabiqəsinin məktəb mərhələsi keçirilib

19 oktyabr 2023-cü il tarixində "Zəfər yolu" inşa müsabiqəsinin məktəb mərhələsi keçirilib.

 

Müsabiqənin rayon mərhələsi 25 oktyabr tarixində təşkil olunacaq. Rayon mərhələsində müsabiqənin məktəb mərhələsinin qalibi olan şagirdlər iştirak edəcək.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, həmçinin Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.