Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında "Zəfər yolu" inşa müsabiqəsinə start verilir.
Müsabiqə məktəb, rayon və region mərhələsi olmaqla 3 mərhələdə təşkil olunacaq. Müsabiqənin məktəb mərhələsi 19 oktyabr, rayon mərhələsi 25 oktyabr, region mərhələsi isə 1 noyabr tarixlərində keçiriləcək.
Müsabiqənin region mərhələsinə göndəriləcək yazı işləri üçün kvota aşağıdakı qaydada müəyyənləşdirilib:
Müsabiqənin rayon və region mərhələsinin nəticələri elan olunduqdan sonra 3 noyabr tarixində qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, həmçinin Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.