14.10.2023

Şagirdlər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində Qubadlı rayonunun ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

 

Üç mərhələdən ibarət olan intellektual oyunda əsasən ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, tarix, coğrafiya, ümumi dünyagörüşü ilə bağlı suallar cavablandırılıb.

 

Yarışın yekun nəticəsinə əsasən K. Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbin komandası, İ. Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbin komandası və Ə. Əliyev adına Qəziyan kənd tam orta məktəbin komandası ilk üçlükdə yer alıblar.

 

Sonda qalib komandalar diplomla təltif olunublar.