12.10.2023

Bir sıra təhsil işçisi müxtəlif təltiflərə layiq görülüb

Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir sıra təhsil işçiləri Azərbaycan təhsilinin inkişafında göstərdikləri xidmətlərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müvafiq təltiflərə layiq görülüblər.

 

Belə ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 4 nəfər müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” ilə, 20 nəfər müəllim isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.

 

Təltif olunan müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.