06.10.2023

Təqaüddə olan qocaman müəllimlər evlərində ziyarət olunub

Beynəlxalq Müəllimlər Günü münasibətilə təqaüddə olan qocaman müəllimlər evlərində ziyarət olunub.

 

Səmimi söhbət şəraitində keçən görüşlərdə təhsilin inkişafında misilsiz xidmətləri olan müəllimlərimizin bizim üçün çox dəyərli olduqları xüsusilə vurğulanıb.

 

Görüşdə qocaman müəllimlər çalışdıqları illərlə bağlı təəssüratlarını bölüşərək onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.