5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. İlk öncə İdarə əməkdaşları və müəllimlər Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyublar.
Daha sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə əməkdaşları və müəllimlər iştirak ediblər. İdarə müdiri müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə fərqlənən müəllimlərə Fəxri Fərmanlar təqdim olunub.
Sonda müəllimlər onların zəhmətlərinin dəyərləndirilməsinə görə minnətdarlıqlarını bildirib, bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklərini vurğulayıblar.