Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri "Əlaçı" televiziya layihəsinin seçim turunda iştirak edib. Seçim turunda Qubadlı, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər rayonlarının hər birindən 30 nəfər olmaqla, ümumilikdə 150 nəfər XI sinif şagirdi müsabiqəyə qoşulub.
Test üsulu ilə keçirilən müsabiqənin nəticələri barədə şagirdlərin təhsil aldıqları məktəblər üzrə məlumatlar veriləcək.
Müsabiqənin yekunlarına görə ən yüksək nəticə göstərən şagirdlər "Əlaçı" televiziya layihəsinin XVII mövsümünün çəkilişlərində iştirak edəcək.