27.09.2023

27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan rayonlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib.

 

Bununla yanaşı, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri, dəyirmi masalar, şəhid məzarları önünə gülqoyma mərasimləri, şəhid ailələri ilə görüşlər keçirilib.

 

Həmçinin ümumi təhsil müəssisələrinin pedaqoji heyəti ölkə ərazisində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına qoşulub.