Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçıları, fənn müəllimləri, psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün bölmə iclasları keçirilib.
Bölmə iclaslarının təşkilində əsas məqsəd Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında qəbul edilmiş qərarları, müəyyən edilmiş hədəfləri, prioritetləri, həmçinin konfransdan irəli gələn məsələləri, 2022-2023-cü tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.
İclaslarda ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, tədris planı və proqramlarının yerinə yetirilməsinin təmin olunmasına, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilatı işlərin aparılmasına, pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsinə, xüsusi istedada malik şagirdlərlə iş qaydasının qurulması və s. məsələlərə toxunulub.
Tədbirlərdə qeyd edilən məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.