09 sentyabr 2023-cü il tarixində 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş Qubadlı rayonu üzrə ümumi təhsil müəssisələrinin məzunları ilə görüş keçirilib.
Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, məzunlar iştirak ediblər.
Görüşdə məzunlara mükafatlar təqdim edilib.
Qeyd edək ki, Qubadlı rayonunun ümumi təhsil müəssisələrini bitirən məzunlardan 16 nəfəri 600-dən yuxarı bal toplayaraq respublikanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.