Laçın şəhər 2 nömrəli tam orta məktəb 2023-2024-cü tədris ilinə artıq hazırdır. Belə ki, sentyabrın 15-də işğaldan azad olunmuş Laçın şəhərində 30 ildən sonra yeni dərs ilinin başlandığını bildirən ilk zəng səslənəcək.
Müəllimlər, şagirdlər, onların valideynləri doğma torpaqlarında tədrisə başlayacaqları günü səbirsizliklə gözləyirlər.