04.09.2023

VI Robot Olimpiadasında məktəblimiz uğurla çıxış edib

Qubadlı rayon H. Quliyev adına Çaytumas məktəb-liseyin V sinif şagirdi Şirinzadə Hüseynin də tərkibində olduğu "HAF" komandası 01-03 sentyabr 2023-cü il tarixlərində keçirilən VI Robot Olimpiadasında "Robomission Elementary" kateqoriyası üzrə I yer tutduğuna görə təltif edilib.

 

Olimpiada Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilib.

 

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

 

Şagirdimizi, eyni zamanda komandanın digər üzvlərini təbrik edir, Dünya Robot Olimpiadasında uğurlar arzulayırıq.