26.08.2023

"Laçın Şəhəri Günü"nə həsr olunmuş tədbir keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin, 1 saylı Sumqayıt regional "Asan Xidmət" mərkəzinin, Gənclər Evinin birgə təşkilatçılığı ilə "Laçın, sən azadsan!" adlı tədbir keçirilib.

 

Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, şagirdlər iştirak ediblər.

 

Tədbir iştirakçıları ilk öncə əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.