Avqustun 22-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib.
Qəbulda vətəndaşlar şagird qəbulu və yerdəyişməsi, əmək müqaviləsinin uzadılması, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbula yazılmış vətəndaşlar diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq addımlar atılıb.