22.08.2023

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin inzibati binasında "Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi keçirilib. Müsabiqənin esse mərhələsində 19 nəfər namizəd iştirak edib.

 

Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.