21.08.2023

Qabaqcıl, peşəkar müəllimlərin məlumat bazası yaradılır

Dövlət ümumi və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlərin ( tərbiyəçi-müəllim) karyerada yüksəliş imkanlarının təmin edilməsi, əməyinin stimullaşdırılması, təhsilverənlərin peşəkar inkişafında bələdçi rolunda dəstək göstərməsi məqsədilə onların məlumatlarından ibarət elektron məlumat bazası formalaşdırılır.

 

Qeyd olunan meyarlara malik müəllimlər müəssisə rəhbərinə və təhsil sektoruna müraciət edə bilər. Qeydiyyat 22-31 avqust 2023-cü il tarixlərində aparılacaq.

 

Namizədlər üçün tələb olunan mütləq meyarlar:

-Pedaqoji təcrübə- azı 10 il

-Qiymətləndirmə nəticəsi- 70%-dən yuxarı;

-Barəsində son 1 ildə intizam tənbehinin olmaması.

 

Ən azı birinin olması mütləq olan meyarlar:

-Təhsildə innovasiyalar üzrə qrand müsabiqə qalibi olmasa;

-İlin ən yaxşı müəllimi müsabiqəsiniin qalibi olmasa;

-Şagirdlərinin fənn olimpiadalarında qalib olması;

-Şagirdlərinin fənn müsabiqələrində qalib olması;

-Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması;

-Şagirdlərinin ən yaxşı təqdimat müsabiqəsində qalib olması;

-IV sinif monitorinqlərinin nəticələri (şagirdinin 50% yüksək nəticə toplaması);

-IX və XI sinif buraxılış nəticələri (şagirdinin 50% yüksək nəticə toplaması);

-Şagirlərinin idman və ya yaradıcılıq müsabiqələrində qalib olması.

 

Arzuolunan əlavə meyarlar (mütləq deyil):

-Hər hansı təltifə sahib olması;

-ETN təşəkkürnaməsi;

-ETN Fəxri Fərmanı;

-Qabaqçıl təhsil işçisi döş nişanı.

 

Yerli və ya beynəlxalq müsabiqə/ layihədə iştirak

-eTwnning layihəsi;

-Bir müəllim manafesti;

 

RTİ tərəfindən təltifin olması.

 

Dərslik müəllifi olması.