"Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi 22.08.2023-cü il tarixində saat 10:00-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin inzibati binasında keçiriləcək.
Müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarə olunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.
Müsabiqənin esse mərhələsi ilə bağlı namizədlərə mesaj göndəriləcək.