18.08.2023

55 nəfər 600 baldan yuxarı nəticə göstərib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini bitirən məzunlardan 55 nəfəri buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 600 baldan yuxarı nəticə göstərib.

 

Regionun ümumi təhsil müəssisələri üzrə ən yüksək nəticəni Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbin məzunu Məhərrəmli Turani Yusif oğlu (685 bal) göstərib.