17.08.2023

ŞZRTİ-nin müdiri MİQ müsahibələrinin gedişatı ilə tanış olub

16 avqust tarixində ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, rus dili və ədəbiyyat, təsviri incəsənət, biologiya və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə 763 nəfər dəvət olunub.

 

Qeyd edək ki, bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov müsahibələrin gedişatı ilə tanış olub.