“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti səfəri Laçın şəhərinə olub. Yay məktəbində 35 şagird iştirak edib.
Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, kodlaşdırma, robototexnika, ilkin sahibkarlıq anlayışları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub.