15.08.2023

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

 

Bu mərhələdə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış namizədlər və birbaşa müsahibə mərhələsinə qoşulmaq hüququ olan namizədlər (şagird sayı 0-150-dək olan ümumi təhsil müəssisələrini seçən namizədlər) iştirak edir.

 

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir.