14.08.2023

"Təhsil avtobusu"nun ilk səfəri Zəngilanın Ağalı kəndinə olub

14 avqust tarixində Zəngilanın Ağalı kənd tam orta məktəbində "Təhsil avtobusu - gələcəyə doğru" yay məktəbi keçirilib.

 

Yay məktəbində Ağalı kənd tam orta məktəbin akademik göstəriciləri orta və yüksək olan VI-IX sinif şagirdləri iştirak ediblər. Layihə çərçivəsində şagirdlər kodlaşdırma, robottexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlərdə, həmçinin intellektual oyunlarda iştirak ediblər. Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir etmək və ulu öndər Heydər Əliyev irsini təbliğ etməkdir.