11.08.2023

“ilk5il” – məktəbəqədər yaş üzrə maarifləndirici portal yaradılıb

“İcmaəsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində yaradılan “ilk5il” platformasının (https://www.ilk5il.az) məqsədi valideynləri uşaqların 5 yaşınadək dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir.

 

Yarandığı gündən Azərbaycan dilində maarifləndirici resurslara əlçatanlığı artırmağı qarşısına məqsəd qoyan “ilk5il” həmçinin valideyn olmağa hazırlaşanlara dair müxtəlif resurslar təqdim edir.

 

Veb-saytda valideynlərin şəxsi inkişafı, uşaqların sağlamlığı, təlim-tərbiyəsi, inkişaf və psixologiyası ilə bağlı məqalələr, nağıllar (həmçinin səsli), tapmacalar, videodərs və oyunlar yer alır.

 

Qeyd edək ki, “ilk5il” platformasının “Instagram” səhifəsi (https://www.instagram.com/ilk5il/) və yeni yaradılmış “Telegram” kanalında (https://t.me/ilk5il) da izləyicilər üçün qısa və interaktiv paylaşımlar edilir.