Avqustun 11-də şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Müsahibə mərhələsinə müsabiqənin test mərhələsində uğur qazanmış 34 namizəd və şagird sayı 0-150 olan məktəblər üzrə 21 namizəd dəvət olunacaq.
Qeyd edək ki, müsahibələr Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin inzibati binasında keçiriləcək. İdarə Bakı şəhəri, N. Nərimanov rayonu, Həsən Əliyev 462 ünvanında yerləşir.
Müsahibə mərhələsində ümumi olaraq direktorluq üçün zəruri olan texniki biliklər, yumşaq bacarıqlar və liderlik keyfiyyətləri yoxlanılır.
Müsahibələrin tarixi və saatı ilə bağlı namizədlərin mobil nömrələrinə sms bildirişi göndəriləcək.