07.08.2023

Direktorların işə qəbulu prosesinin müsahibə mərhələsinə başlanılır

11 avqust tarixindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul müsabiqəsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsinə start verilir.

 

Müsahibə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin inzibati binasında keçiriləcək. İdarə Bakı şəhəri, N. Nərimanov rayonu, Həsən Əliyev 462 ünvanında yerləşir.

 

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılacaq.

 

Bütün namizədlərə uğurlar arzulayırıq.