İyunun 20-dən təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinə başlanılıb. İmtahanların son günü 24 iyun tarixidir.
Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək.
Əlavələr sentyabr ayından tətbiq olunacaq.