Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov və idarə əməkdaşları 24.06.2023-cü il tarixində Laçında tikintisi davam edən 2 nömrəli, Zabux kənd tam orta məktəblərində və Zabux kənd uşaq bağçasında aparılan təmir-tikinti işləri ilə tanış olublar.
Bununla bağlı orada mövcud vəziyyət, tikinti-quraşdırma və konstruksiya işlərinin aparılması ilə bağlı əməkdaşlara müvafiq məlumatlar verilib.
Qeyd edək ki, təhsil müəssisələrinin binalarının tikintisi artıq yekunlaşmaq üzrədir və yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Daha sonra idarə əməkdaşları Laçına ilk köçürülmüş müəllimlər və onların ailələri ilə görüşüb, öz doğma torpaqlarında gənc nəsilin yetişdirilməsində onlara uğurlar arzulayıblar.