06.07.2023

Cəbrayıl rayon ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib

05 iyul tarixində Biləsuvar rayonunda Cəbrayıl rayon ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

 

Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Cəbrayıl rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Qurbanov, İdarə əməkdaşları, direktorlar iştirak ediblər.

 

Görüşdə 2022-2023-cü tədris ili üzrə görülən işlər, həyata keçirilən tədbirlər, yeni tədris ilində qarşıda duran vəzifələr, tədrisin keyfiyyətinin artırılması istiqamətində atılacaq addımlar, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, peşəkar inkişafa şərait yaratmaq və s. kimi mövzularda fikir mübadiləsi aparılıb.

 

Daha sonra məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.

 

Həmçinin İdarə müdiri və əməkdaşları Biləsuvar, Saatlı, Sabirabad rayonlarında yerləşən bir sıra ümumi təhsil müəssisələrində olub, hazırki şərait, mövcud problemlərlə yaxından tanış olub, öz təklif və tövsiyələrini veriblər.