Biləsuvar rayonunda Cəbrayıl rayonu üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyəti, problemləri öyrənməyə həsr olunan görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Cəbrayıl rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Qurbanov, İdarə əməkdaşları və bağça müdirləri iştirak ediblər.
Görüşdə məktəbəqədər təhsil müəssisələrində sənədləşmənin aparılması və saxlanılması, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, qarşıda duran hədəflər və s. mövzular müzakirə olunub, bağça müdirlərini maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.
Daha sonra İdarə müdiri və əməkdaşları Biləsuvar, Saatlı və Sabirabad rayonlarında yerləşən bir neçə məktəbəqədər təhsil müəssisələrində olublar.