07.07.2023

Laçın rayon Zabux kənd tam orta məktəbin müəllimləri ilə görüş keçirilib

07 iyul tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsində Laçın rayon Zabux kənd tam orta məktəbin müəllimləri ilə görüş keçirilib.

 

Görüş çərçivəsində Laçın rayonunun Zabux kənd tam orta məktəbində növbəti tədris ilində fəaliyyətini davam etdirəcək müəllimlərlə qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, işğaldan azad olunmuş torpaqlarda tədris prosesinə başlayacaq müəllimlərin sualları cavablandırılıb, təklifləri dinlənilib, onlara mənəvi dəstəyin necə və hansı formada göstərilməsi kimi məsələlərdən danışılıb.

 

Qeyd edək ki, hal-hazırda işğaldan azad olunmuş Laçın rayonunda Zabux kənd tam orta məktəbin tikintisi davam edir və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.