07 iyul tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsində işğaldan azad olunmuş Laçın rayonunda tikintisi davam edən və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulan Laçın rayon 2 nömrəli tam orta məktəbin müəllimləri ilə görüş keçirilib.
Görüşdə müəllimlərin 2023-2024-cü tədris ilində öz doğma torpaqlarında yeni tikilən məktəb binasında fəaliyyətə başlayacaq olmalarının verdiyi qürur, sevinc və həyəcanlarını bölüşdük, onları düşündürən, maraqlandıran mövzular ətrafında fikir mübadiləsi etdik.