13 iyul tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarələri arasında işgüzar görüş keçirilib.
Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, hər iki idarənin əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq, şagirdlərin idmanın müxtəlif sahələrinə cəlb edilməsi, onların müxtəlif layihələrdə iştirakının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşün əsas məqsədi hər iki idarənin birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərin və həyata keçiriləcək tədbirlərin başlıca istiqamətlərinin müəyyən edilməsi olub.