21.07.2023

Vakansiya seçimi mərhələsinə start verilir

22 iyul saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır. Əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilir. Namizədlər 25 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.


Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!