22.07.2023

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsinə start verildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanıldı. Namizədlər 22 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

 

Qeyd edək ki, vakansiya seçimi 25 iyul saat 11:00-dək davam edəcək.

 

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!