İyunun 20-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start veriləcək. Belə ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 8 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq.
Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.