09.05.2023

İkinci Dünya müharibəsi veteranı və qocaman təhsil işçisi yaşadığı evdə ziyarət edilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və əməkdaşları bu gün Kəlbəcər rayon sakini, İkinci Dünya müharibəsi veteranı, qocaman təhsil işçisi, uzun müddət məktəb direktoru və müəllim işləmiş Şəldiyev Şəmşir Mikayıl oğlunu yaşadığı evdə ziyarət ediblər.

 

Ziyarət zamanı Şəmşir müəllim keçdiyi döyüş yolundan söhbət açıb, müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini, direktor və müəllim işlədiyi dövrlərdə şagirdlərə aşıladığı vətən sevgisini, pedaqoji heyətlə, şagirdlərlə arasında keçən maraqlı, yaddaqalan əhvalatları bizimlə bölüşüb.