11.05.2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbirlər təşkil olunub

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbirlər təşkil olunub.

 

Təhsil müəssisələrində Heydər Əliyevə həsr olunan rəsm və dekorativ-əl işləri sərgisi, inşa yazı, şeir, rəqs, ən yaxşı divar qəzeti müsabiqələri təşkil olunub, “Dəyirmi masa”, müxtəlif bilik və idman yarışları keçirilib. Həmçinin ümumi təhsil müəssisələrinin şagird və müəllim kollektivləri Fəxri xiyabanı ziyarət edib, Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil ediblər.

 

Tədbirlərdə ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlardan, müasir Azərbaycanın banisi olmasından, təhsilimizin inkişafındakı misilsiz rolundan bəhs edilib.

 

Tədbirlərdə şagirdlər tərəfindən ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub, səhnəciklər nümayiş edilib, rəqs nümunələri göstərilib.