15.05.2023

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir

13 may tarixində Cəbrayıl rayonunun ümumi təhsil məktəblərində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

 

Görüş zamanı sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

 

Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.