Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev və Regional Təhsil İdarələrinin müdirləri iştirak edib.
Görüşdə regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərini əhatə edən maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı mümkün əməkdaşlıqlar müzakirə olunub.