16.05.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib

16 may tarixində Qubadlı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Qubadlı rayonu üzrə təhsil sektorunun əməkdaşları, müəllimlər və uşaqlar iştirak ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimizin və xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.

 

Daha sonra tədbir körpə fidanların hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.